Yeni yaradılmışdı ləğv edildi - Naxçıvanda 2 şirkət bağlandı

12:18 - 7.07.2023


7 iyul, Fineko/abc.az. “Naxpropert-4” MMC və “Naxproperty-S1” MMC ləğv olunduğunu elan edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, “Naxproperty-S1” MMC 31.03.2023 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Şəfa Tağıyeva Nağı qızı, “Naxpropert-4” MMC isə 30.03.2023 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vaqif Əliyev Əli oğludur.

Qeyd edək ki, “Naxproperty-S1” MMC-nin nizamnamə kapitalı 156 min 100 manat, “Naxpropert-4” MMC-nin nizamnamə kapitalı isə 916 min manatdır.