14:09 - 4.07.2023
4 iyul Fineko/abc.az. Azərbaycanda icbari tibbi sığorta çərçivəsində vətəndaşlara göstərilən xidmətlərin qiymətində dəyişiklik ediləcək.
ABC.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu dəyişiklik əhaliyə təsir etməyəcək, çünki ödənişləri agentlik həyata keçirir.
“Səhiyyə sahəsində inflyasiya olur, qiymətlər artır. Bizim işlər daimi təkmilləşdirilir, o cümlədən qiymətlərdə dəyişiklik olur. Yəni icbari tibbi sığorta çərçivəsində vətəndaşlara göstərilən xidmətlərin qiyməti artacaq. Amma bu əhaliyə aid deyil, bizim görəcəyimiz işdir. Gərək tibb müəssisəsinə elə ödəniş edək ki, öz xərclərini rahat şəkildə qarşılıya bilsinlər”.