11:40 - 4.07.2023
4 iyul, Fineko/abc.az. Binalar tikilərkən zəlzələyə davamlılığı nəzərə alınır.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır, layihələr buna əsasən hazırlanır.
Qurban Yetirmişli deyib ki, Azərbaycan seysmik zonada yerləşir və buna görə zəlzələlərin olması normaldır: “Son zamanlar Azərbaycanda güclü zəlzələlərin baş verəcəyinə dair söz-söhbətlər yayılır. Kim deyir ki, Azərbaycanda zəlzələ olmayacaq?! Zəlzələ ola bilər. Azərbaycan seysmoloji zonada yerləşir və buna görə binalar tikilərkən bu, nəzərə alınır”.
5 Avqust 2026
5 Avqust 2026