17:28 - 3.07.2023
3 iyul, Fineko/abc.az. Almaniya iqtisadiyyatı uzunmüddətli tənəzzül dövrünə daxil ola bilər.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi, ölkədə hasilatın azalması müşahidə olunur və hətta bərpa əlamətləri gözlənilmir.
Bunu Almaniya Ticarət və Sənaye Palatasının rəhbəri Peter Adrian deyib.
“Almaniya və onun iqtisadiyyatı tənəzzüldədir. Biz Avropada istehsalı yenidən koronavirusdan əvvəlki səviyyədən aşağı olan bir neçə ölkədən biriyik. Əhvali-ruhiyyə bəzən çox pis olur, xüsusən də orta şirkətlər arasında”, - deyə, o bildirib.
30 İyul 2026
29 İyul 2026