“Günay Sığorta”-nın lisenziyası ləğv edilib

16:15 - 24.06.2023


24 iyun, Fineko/abc.az. “Günay Sığorta” ASC-nin lisenziyası ləğv edilib.

Bu barədə ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir.

Beləki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Mərkəzi Bankın İdarə Heyətinin 24 iyun tarixli qərarı ilə “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 2008-ci 14 avqust il tarixli lisenziya ləğv olunub.