Bakı dünyanın ən bahalı şəhərləri reytinqində - SİYAHI

10:32 - 21.06.2023


21 iyun, Fineko/abc.az. Əcnəbilər üçün bahalı şəhərlərin reytinqi açıqlanıb. 

ABC.AZ xəbər verir ki, sözügedən reytinqi “South China Morning Post” qəzeti dərc edib. Reytinqdə Bakı 177-ci yerdədir. Digər Cənubi Qafqaz ölkələri -Ermənistan 141-ci yerdə, Gürcüstan 181-ci yerdədir.

Bu il xarici mütəxəssislər üçün ən bahalı şəhərlər Honq-Konq, Sinqapur və Sürix olub.

Mercer konsaltinq firmasının araşdırmasına görə, Honq Konq ardıcıl ikinci ildir ki, reytinq cədvəlinə başçılıq edir. Ən bahalı şəhərlər “onluğu”nda ən çox yeri “isveçrəlilər” tutub: Sürixdən başqa, siyahıya Cenevrə (4-cü), Bazel (5-ci) və Bern (7-ci) daxildir.

Nyu-York altıncı sırada, Təl-Əviv, Kopenhagen və Baham adalarının paytaxtı Nassau isə ilk onluğu tamamlayıb.

Reytinqin müəllifləri əcnəbilər üçün ən ucuz şəhərlər sırasında Daşkənd, Ankara, Düşənbə, Bişkek və Havananın adını çəkiblər.