10:03 - 21.06.2023
21 iyun, Fineko/abc.az. Bəzi vətəndaşlar ipoteka krediti ilə aldığı evi borc bitmədən satmaq məcburiyyətində qalır.
ABC.AZ Xəzərxəbər-ə istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə xeyli müzakirələr gedir.
“Bəs belə halla üzləşənlər nə etməlidirlər?”
“İpoteka kreditinin bir şəxsin adından başqasına keçirilməsi mümkündürmü, prosedurlar hansılardır?”
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, ipoteka krediti tam ödənilməyən mənzili də satmaq mümkündür. Ən çox müraciət olunan üsul isə daha çox evin nağd qaydada satışıdır.
Daxili ipoteka kreditində alqı-satqı mütləq bankla razılaşdırıldıqdan sonra aparıla bilər. Burada qanunvericilik baxımından maneə olmasa da, bəzən bank müəyyən səbəblər göstərərək evin satışına icazə verməyə bilər.
Güzəştli ipotekadakı evi alan şəxs isə özü də bu cür güzəştə aid kateqoriyadan olmalıdır.