Quru sərhədlərinin mərhələli açılması məqsədəuyğun olardı - DEPUTAT

16:56 - 20.06.2023


20 iyun, Fineko/abc.az. Azərbaycana gələn hər üç turistin ikisi təyyarədən istifadə edir.

ABC.AZ xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib və qeyd edib ki, diqqəti çəkən məqam turistlərin 31,9%-nin dəmir yolu və avtomobil, 66,6%-nin hava, 1,5%-nin isə dəniz nəqliyyatından istifadə etməsidir.

"Bu o deməkdir ki, ölkəmizə gələn hər üç turistdən ikisi hava nəqliyyatından istifadə edir. Turizm mövsümünün başlanmasını nəzərə alaraq quru sərhədlərinin mərhələli açılması məqsədəuyğun olardı. Xüsusən də, Türkiyə və Gürcüstanla quru sərhədlərinin tam açılması daha məqsədəuyğundur. Hər iki ölkə strateji baxımdan Azərbaycanın tərəfdaşıdır. Quru sərhədlərinin mərhələli açılması iqtisadi aspektdən də əhəmiyyətlidir. Bu, ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, xaricə gedən vətəndaşlarımızın daha asan və ucuz nəqliyyat imkanlarından istifadəsi baxımından da əhəmiyyətlidir", - deyə millət vəkili əlavə edib.