15:01 - 16.06.2023
16 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 307,4 min ton tikinti qumu istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə tikinti qumunun istehsalı 105 min ton və ya 51,9% (1,5 dəfə) artıb. 2022-ci ilin yanvar-may aylarında bu göstərici 202,4 min tontəşkil edib.
2023-cü ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 8,1 min ton təşkil edib.