11:48 - 16.06.2023
16 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 10 920,6 ton kolbasa məmulatları istehsal edilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə kolbasa məmulatları istehsalı 1065,8 ton və ya 10,8% (1,1 dəfə) artıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 9854,8 ton təşkil edib.
2023-cü ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 31,6 ton təşkil edib. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 2 ton yaxud 6,0% (0,9 dəfə) azdır.
2022-ci ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 33,6 ton olub.