10:34 - 16.06.2023
16 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, may ayında əcnəbilərin Türkiyədə mənzil alışı ilə bağlı statistik rəqəmlər açıqlanıb. ABC.AZ Türkiyə Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycan vətəndaşları Türkiyədə 75 ev alıblar. Ötən ilin may ayında azərbaycanlıların ev alışı 118 idi.
2023-cü ilin ilk 5 ayında (yanvar- may) Azərbaycan vətəndaşları Türkiyədə 336 ev alıblar. Ötən ilin eyni dövründə bu say 571 ev idi.
Türkiyədə evlərin bahalaşması və zəlzələlər nəticəsində binaların uçması alışların düşməsinə səbəb olur.
2023-cü ilin aprel ayı ilə müqayisədə isə mayda Azərbaycan vətəndaşları 21 ev daha çox alıblar. Azərbaycanlılar Apreldə Türkiyədə 54 ev almışdılar.
Ötən il azərbaycanlar Türkiyədə 1330 ev alıblar.
8 Avqust 2026
8 Avqust 2026