Ötən ay Türkiyədə ən çox evi ruslar alıb

10:21 - 16.06.2023


16 iyun, Fineko/abc.az. 2023-cü ilin may ayında əcnəbilərə mənzil satışı 2022-ci ilin may ayı ilə müqayisədə 46,9% azalaraq 3 min 167 olub.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin (TUK) 2023-cü ilin may ayında əcnəbilərə mənzil satışı barədə açıqladığı məlumatlarda qeyd edilib.

Məlumata görə, hesabat dövründə xaricilərə ev satışının ümumi ev satışlarında payı 2,8% təşkil edib. Xaricilərə ev satışı ən çox (1245 ev) Antalyada olub. İstanbulda xaricilərə 934 ev, Mersində 249 ev satılıb.

Milliyyətinə görə ən çox ev satışı Rusiya vətəndaşlarına edilib

May ayında Rusiya vətəndaşları Türkiyədən 991 ev alıblar. Rusiya vətəndaşlarının ardınca 503 ev alışı ilə İran, 175 ev alışı ilə Ukrayna və 129 ev alışı ilə Almaniya vətəndaşları gəlir.

Müəllif: Elmir Murad