17:14 - 29.06.2018
29 iyun, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azərsu” ASC Xızı rayonunun Yeni Yaşma qəsəbəsində su təchizatının yaxşılaşdırılması üzrə layihəni tamamladı.
“Azərsu” ASC-in məlumatında deyilir ki, layihə 2 mindən çox qəsəbə sakininin su təchizatının yaxşılaşdırılmasına yönəlib.
“Layihə çərçivəsində Şollar-Bakı su kəmərindən Yeni Yaşma kəndinə 5,3 km uzunluğunda özüaxımlı magistral su kəməri inşa edilib. 360 abonent sayğacla təmin edilib”, - məlumatda belə deyilir.
Həmçinin məlumatda deyilir ki, 2018-ci ildə dövlət investisiya layihəsi çərçivəsində Xızı rayonu ilə yanaşı, Oğuz, Ağdaş, Ucar və Masallı rayonlarının 11 kəndində yeni su təchizatı infrastrukturunun yaradılması nəzərdə tutulub.
Ümumilikdə, 2018-ci ildə “Azərsu” ASC tərəfindən əhalisinin ümumi sayı 61 min nəfər olan 18 rayonun 41 yaşayış məntəqəsində içməli su layihəsi həyata keçiriləcək.
30 İyul 2026
29 İyul 2026