11:14 - 13.06.2023
13 iyun, Fineko/abc.az. Azərbaycan şirkəti Qırğızıstanda 5 ulduzlu otel inşa edəcək. Bu barədə Qırğızıstanın iqtisadiyyat naziri Daniyar Amangeldiyev məlumat verib.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, “Prezident (Qırğızıstanın - İF) Azərbaycan prezidenti İlham Əliyevlə danışıb və Azərbaycan tərəfi İssık-Kulda 5 ulduzlu otel tikəcək. Yaxın zamanda saziş imzalanacaq.
O cümlədən, Özbəkistana və Qazaxıstana öz pansionatlarımızı təqdim etmişik, bu səbəbdən hazırda həmin pansionatların 5-4 ulduzlu pansionatlar səviyyəsinə çatdırılması nəzərdən keçirilir”, - Amangeldiyev “Birinci radio”ya verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, nazirin sözlərinə görə, Qırğızıstanda otel nömrələrii fondunda qıtlıq var.
5 Avqust 2026
5 Avqust 2026