17:29 - 12.06.2023
12 iyun, Fineko/abc.az. “Twitter” təsdiqlənmiş hesabların sahibləri üçün məzmundan pul qazanmağın yeni üsulunu təqdim edib – müəlliflərə reklam yerləşdirməyə görə pul ödəniləcək.
ABC.AZ xarici mətbuata istinafən xəbər verir ki, bu məqsədlər üçün şirkət 5 milyon dollar ayırıb.
Sosial şəbəkənin sahibi İlon Mask yenilikləri öz “Twitter” səhifəsində açıqlayıb.
Yeni monetizasiya metodu yalnız təsdiqlənmiş istifadəçilər üçün əlçatan olacaq. 2023-cü ilin may ayında Linda Yakkarino “Twitter”in baş direktoru olub.
“Reuters” hesab edir ki, yeniliklər onun şirkətdəki yeni reklam siyasətinin bir hissəsidir.
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026