12:08 - 12.06.2023
12 İyun, Fineko/abc.az. Ən nadir brilyantlardan biri olan 10,57 karatlıq çəhrayı almaz üzük hərracda cəmi 2 dəqiqə ərzində 34,8 milyon dollar təkliflə satılıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, olduqca nadir çəhrayı almazlardan biri Botsvanadakı Damtshaa mədənində çıxarılan 10,57 karatlıq almaz idi. O vaxtdan bəri emal edilərək dəbli üzükə çevrilən bu çəhrayı almaz üzük cümə axşamı hərraca çıxarılıb və cəmi 2 dəqiqə ərzində 34,8 milyon dollarlıq təklif qazanıb.
Qeyd edək ki, standart almazlar, tərkibindəki nadir bor elementinə görə mavi-ağ parıltıya malikdirlər. Maraqlısı odur ki, qiyməti 34,8 milyon dollar olan bu almazın çəhrayı rəngini elmi cəhətdən tam izah etmək mümkün deyil.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026