11:00 - 27.10.2017
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev İran İslam Respublikasının İqtisadiyyat və maliyyə naziri Məsud Kərbasianı qəbul edib.
Şahin Mustafayev görüş zamanı bildirib ki, 2016-cı ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsi 70%, cari ilin yanvar-sentyabr aylarında isə 33% artmışdır.
Nazir deyib: “İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollardan artıq investisiya qoyulub və hazırda Azərbaycanda 500-dən İran şirkəti fəaliyyət göstərir”.
Onun sözlərinə görə, həmçinin, aqrar qurğular və meyvə qurudulması, toxum istehsalı, arıçılıq məhsulunun qablaşdırılması sahələrində ortaq müəssisələrin yaradılması perspektivi mövcuddur. Nazir həmçinin, İran biznesmenlərini Aktauda Azərbaycanın logistik mərkəzindən istifadə etməyə dəvət etdi.
İran İslam Respublikasının İqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian, öz növbəsində, əməkdaşlığın inkişafının perspektivlərindən danışdı, Qəzvin-Rəşt dəmir yolu xəttinin əhəmiyyətini qeyd edərək, işlərin 95%-nin görüldüyünü və dəmir yolu xəttinin 2018-ci ilin mart ayında istifadəyə veriləcəyini bildirdi. Görüş zamanı tərəflər həmçinin bu ilin dekabrında Tehranda keçiriləcək Dövlət Komissiyasının iclasına dair müzakirələr aparıb.