Şuşada 20 mindən çox insan yaşayacaq - Xüsusi nümayəndə

15:17 - 7.06.2023


7 iyun, Fineko/abc.az. Şuşa şəhəri 20 mindən çox sakinin yaşadığı şəhər olacaq.

ABC.AZ xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən tədbirdə Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

"Şəhərin planının qarşıdakı 20 il ərzində onun küçələrinin və evlərinin inkişafını detallı şəkildə əhatə etdiyini qeyd edib" - deyə, o vurğulayıb. 

Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, şəhərdə əksəriyyəti dağıdılmış təxminən 200 tarixi abidə var və bugünədək onlardan 13-ü müvafiq qaydada restavrasiya edilib. Aydın Kərimov aparılan işlər sayəsində şəhərə 2-3 dəfə çox turistin cəlb ediləcəyini qeyd edib.