14:30 - 7.06.2023
7 iyun, Fineko/abc.az. Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan vətəndaşları üçün viza rüsumunu 25 ABŞ dolları artırıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, iyunun 17-dən ziyarətçi viza daxil olmaqla, müəyyən qeyri-mühacir vizalar üçün rüsumlar 160 ABŞ dollarından 185 ABŞ dollarına çatdırılacaq.