11:33 - 7.06.2023
7 iyun, Fineko/abc.az. 5 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “VMF” MMC-nin ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Bu barədə ABC.AZ-a Birjadan bildirilib.
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 10000 ədəd, hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 13%, ödəmə periodu 90 gündən bir, tədavül müddəti 18 aydır.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, "VMF" Şirkətinin 20 min 220 manat nizamnamə kapitalının 100%-i Mustafayev Vahid Fuad oğluna məxsusdur