Bakıdakı bu binalar tədricən pilot layihələr üzərindən sökülür

15:30 - 5.06.2023


5 iyun, Fineko/abc.az. Qəzalı binalarla yanaşı paytaxtda artıq istismar müddətini bitirmiş binalar da kifayət qədərdir.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, hazırda həmin binalar tədricən pilot layihələr üzərindən sökülür və tədricən tikilir.

“Bu proses davam eləyir. Ümumi götürsək istismar müddətini başa veran binalar qəzalı yox ömrünü başa vurmuş binalardır. Paytaxtda qəzalı binaların da sayı kifayət qədərdir. Belə binalar ən qısa zamanda sökülməli ya da və yaxud söküləcəyi günə qədər həmin binalarda təmir bərpa işləri aparılmalıdır. Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə 2016-cı ildən Bakıda istismar müddətini bitirmiş binaların sökülməsi, yeni binalarla əvəzlənməsi prosesinə başlanıldı. Həmin ildən bəri Bakıda çox sayda bina sökülüb və yeniləri tikilərək vətəndaşlara təhvil verilib”.

E.Fərzəliyev deyib ki, belə binalar dövlətin hansısa qurumu tərəfindən deyil əsasən bina tikən şirkətlər tərəfindən sökülür.