14:04 - 18.05.2023
18 may, Fineko/abc.az. Mayın 18-də Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib.
ABC.AZ xəbər verir ki, açılış mərasimdə qeyd olunub ki, Naxçıvan “ASAN xidmət” mərkəzi ümumilikdə, respublika üzrə 26-cı mərkəzdir. Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb, 2023-cü ilin may ayında inşası başa çatdırılıb.
“ASAN xidmət” mərkəzində videomüşahidə, görüntüləmə və videonövbə sistemləri, 2 ədəd lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma, istilik sistemi, generator və UPS quraşdırılıb.
“ASAN xidmət” mərkəzi Naxçıvan şəhəri Seyid Cəfər Pişəvəri 7 ünvanında yerləşir. Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan 465 min vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək. Əməkdaşların ümumi sayı 228, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026