10:01 - 18.05.2023
18 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 8 milyon 81 min dollar dəyərində nar ixrac olunub. Bu da həcm ifadəsində 6 208 ton narın ixracı deməkdir.
ABC.AZ xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 2 milyon 424 min dollar dəyərində 1 541 ton nar ixrac olunmuşdu. Beləliklə, nar ixracı dəyər ifadəsilə 3.3 dəfə, miqdar ifadəsilə 4 dəfə artıb.
Bir ton narın orta ixrac qiyməti 2022-ci ilin 4 ayında 1573 dollar ikən, 2023-cü ilin 4 ayında 1302 dollar olub.
5 Avqust 2026
5 Avqust 2026