14:08 - 17.05.2023
17 may, Fineko/abc.az. 28 May Müstəqillik Günü ilə əlaqədar ardıcıl 3 gün iş olmayacaq.
ABC.AZ xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Bu il 28 may bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 29 may qeyri-iş günü olacaq.
Beləliklə, 27 may da şənbəyə təsadüf etdiyi üçün 3 gün ardıcıl – 27 may, 28 may və 29 may tarixlərində iş olmayacaq.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026