Naxçıvanda vergidaxilolmaları 41 faizdən çox artıb

17:03 - 12.05.2023


12 may, Fineko/abc.az. Bu ilin aprel ayında Naxçıvan MR Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrünə nisbətən 63,7 % çox – 5,6 milyon manat vəsait daxil olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, yanvar-aprel aylarında isə muxtar respublikada vergi daxilolmaları 51 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 41,7 % çoxdur.