10:34 - 27.06.2018
27 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,68 (0,9%) dollar yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 76,25 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin avqust ayının fyuçersi, iyunun 26-da keçirilən ticarətin nəticələrinə görə, keçən nəticəyə nisbətən (iyunun 25-də – 68,08 dollar) 2,45 dollar yüksələrək 70,53 dollar/barelə təşkil edib.
“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin avqust fyuçersinin qiyməti, 26 iyun tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (25 iyun – 74,73 dollar) 1,58 dollar (2,12%) bahalaşaraq bir barelə 76,31 dollar təşkil edib.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi daha da azaldı və 26 iyun tarixli ticarətin nəticələrinə əsasən 5,78 dollar / barelə təşkil edir.
27 İyul 2026
28 İyul 2026
28 İyul 2026