11:00 - 11.05.2023
11 may, Fineko/abc.az. “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” şirkətlərinin rəhbərləri dəyişib.
ABC.AZ xəbər verir ki, bu barədə sığorta şirkətindən bildirilib.
Qeyd edilib ki, mayın 8-də hər iki şirkətin Direktorlar Şurasının yığıncağı keçirilib. Şirkətin yeni strateji inkişaf planlarına uyğun olaraq Uğur İbrahimli “Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədri, Emil Ağamaliyev isə “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifələrinə təyin edilib.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən, “Meqa Həyat Sığorta” ASC isə 2021-ci ildən fəaliyyət göstərir.
5 Avqust 2026
5 Avqust 2026