"Lada" avtomobilləri orta hesabla 2% bahalaşıb

14:22 - 2.05.2023


2 may, Fineko/abc.az. Rusiyada istehsal olunan "Lada" avtomobilləri orta hesabla 2% bahalaşıb. 

ABC.AZ xəbər verir ki, aprel ayında bu avtomobilin qiymətləri 678 300 rubldan (14 min 386 manat) başlayıb.

Kondisionerlə təchiz edilmiş Ladanın “Granta” sedanı da bahalaşıb və indi avtomobilin qiyməti 789 900 rubl (16 min 745 manat) təşkil edir.

Granta-nın Club adlı top versiyası ən çox bahalaşıb. Avtomobilin qiymətinə təxminən 30.000 rubl (636 manat) əlavə edilib və indi 864,900 rubl (18 min 335 manat) təşkil edir.