14:52 - 20.04.2023
20 aprel, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 455,811 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 18,8% çoxdur.
2022-ci ildə sığortaçılardan 14-ü aktivlərini artırıb, 6-sı azaldıb.
Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 34,2% artaraq 650,117 milyon manat, məcmu qısamüddətli aktivləri isə 8,7% artaraq 805,695 milyon manat olub. 14 şirkət uzunmüddətli aktivlərini, yenə də 14 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026