11:03 - 19.04.2023
19 aprel, Fineko/abc.az. Qarabağ və Şərqi Zəngəzurda çalışmaq istəyənlər müxtəlif güzəştlərdən yararlanacaq.
ABC.AZ xəbər verir ki, bu barədə İTV-də hazırlanan süjetdə bildirilib. Süjetdə qeyd edilib ki, qanunvericiliyə edilən dəyişikliyə görə bu ildən etibarən yeni imtiyazlar müəyyənləşib.
Belə ki, işğaldan azad edilən ərazilərdə çalışacaq işçilərin son 5 ildə ən azı 2 il təcrübəsi varsa, birdəfəlik 600 manat müavinət alacaqlar. Bununla yanaşı gəlir vergisi, sosial sığorta ödənişlərindən də azad ediləcək.
Millət vəkili Vüqar Bayramov itv-yə bildirib ki, bu imtiyazlar vətəndaşların əmək haqlarında artımların olmasına şərait yaradacaq.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026