Üçüncü “TOGG” bu ölkənin prezidentinə verildi

11:52 - 10.04.2023


10 aprel, Fineko/abc.az. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan lideri Şavkat Mirziyoyevə yerli istehsal olan “TOGG” elektromobilini hədiyyə edib.

ABC.AZ xəbər verir ki, bu barədə R,T.Ərdoğan özü xalq qarşısında çıxış edərkən bildirib. Bununla yanaşı Özbəkistan mətbuatı da bu barədə məlumat yayıb.

Bununla da indiyədək “TOGG” avtomobilinə üç prezident sahib olub.

Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “TOGG” Azərbaycan Prezidenti İlham Əliyevə, bir gün əvvəl isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana təqdim edilib.