“Mitsubishi Motors” yeni strategiya hazırlayıb

14:58 - 15.03.2023


15 mart, Fineko/abc.az. “Mitsubishi Motors” şirkəti 2030-cu ilə qədər olan inkişaf strategiyasını açıqlayıb.

ABC.AZ xəbər verir ki, yeni strategiya müxtəlif zaman kəsiyi üçün tamamilə fərqli məqsədlərin qoyulduğu bir neçə bölmədən ibarətdir.

Məsələn, növbəti üç ili əhatə edən qısamüddətli Challenge 2025 planı satışların cari maliyyə ilində gözlənilən 866 min avtomobildən (Yaponiya qanunvericiliyinə görə martın 31-də başa çatır), 2025-ci ildə 1,1 milyon avtomobilə çatdırılmasını nəzərdə tutur.

Eyni zamanda, əməliyyat mənfəəti 170-dən 220 milyard yenə qədər artmalıdır. Yeri gəlmişkən, Mitsubishi 2020-ci maliyyə ilini 95 milyard yen əməliyyat itkisi ilə başa vurmuşdu.