14:26 - 13.03.2023
13 mart, Fineko/abc.az. Cəlilabad rayon sakini Mübariz Əliyev özünüməşğulluq proqramı çərçivəsində təhvil aldğı heyvanların sağlamlıq durumundan narazıdır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə M.Əliyev bildirib.
O deyib ki, özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaratması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edib və müraciəti əsasında ona heyvanlar verilib.
Amma buna baxmayaraq, o, sağlam və cavan kimi təqdim edilən heyvanların vəziyyətindən narazı olduğunu söyləyib: "İstəyimə uyğun olaraq özünüməşğulluq proqramına cəlb olundum və mənə ötən ilin oktyabr ayında 22 baş keçi verildi. Lakin mənə verilən heyvanların vəziyyətindən narazıyam. Keçilər mənə veriləndən təxminən 1 ay sonra tələf olmağa başladı. Bu heyvanlarla təsərrüfat qura bilmərəm. Çünki keçilərin 12-si xəstədir, 10-u isə artıq ölüb".
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026