16:23 - 7.03.2023
7 mart, Fineko/abc.az. Özbəkistan və ərəb ölkələrindən olan investorlar Azərbaycanda aqropark yaratmaq istəyirlər.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinin müavini Zamir Dibirov bildirib.
"Həmin investorlar bunun üçün Agentliyə müraciət edib. Özbək investorlar Azərbaycanda pambıqçılıq sahəsinə investisiya yatırmaq, burada pambıqçılıq klasterləri yaratmaq istəyirlər. Ərəb investorlar isə hələ ki, aqroparklarda müəyyən sahələri nəzərdən keçirirlər. Bununla yanaşı, aqroparklara investisiya yatırmaq istəyən yerli iş adamları da var", - deyə o qeyd edib.
"İnvestorlar aqropark yaratmaq üçün müraciət edəndə onların layihələrinə baxılır, əgər məqsədə uyğun olsa qeydiyyata alınır", - deyə İZİA rəsmisi əlavə edib.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026