13:10 - 20.06.2018
20 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirib.
Komitənin məlumatında bildirilir ki, hərracda 21 obyekt özəlləşdirilib.
“Bunlardan 3-ü kiçik dövlət müəssisə və obyekti, 5-i nəqliyyat vasitəsi, 1-i yarımçıq tikili, 12-si isə qeyri-yaşayış sahəsidir”, - məlumatda belə deyilir.
Məlumatda deyilir ki, 114 obyektin çıxarılacağı növbəti hərrac 27 iyun tarixində keçiriləcək.
27 İyul 2026