15:06 - 3.03.2023
3 mart, Fineko/abc.az. Paytaxt ərazisində mənzilin bir kvadratmetri 4-5 min manata qədər arta bilər
ABC.AZ-ın məlumatına görə, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən sonra bu ölkədən Azərbaycana 8897 nəfər gəlib.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumatda belə bildirilir.
Son günlər Türkiyədən ölkəmizə gələn vətəndaşların sayının artması Bakıda kirayə mənzil qiymətinin artmasına səbəb olub. Hazırda paytaxtda kirayə mənzillərin qiyməti ərazidən asılı olaraq dəyişir.
Bakının mərkəzi ərazilərində 1 otaqlı ev əvvəllər 500-550 manata təklif edilirdisə, indi həmin mənzillərin qiyməti 600-700 manat arasında dəyişir.
Hazırda kirayə mənzillərin qiyməti ötən aylarla müqayisədə 10-15 faiz bahalaşıb.
Bu arada iddia olunur ki, Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir. Ekspertlərə görə, hökumət sözügedən planı həyata keçərsə, əmlak bazarında qiymətlər ciddi şəkildə artacaq.
3 Avqust 2026
1 Avqust 2026