Bəzi dövlət qurumlarının elektron ünvanları işləmir - Hesabat

11:57 - 28.02.2023


28 fevral, Fineko/abc.az. Azərbaycanda bəzi dövlət qurumlarının elektron ünvanlarının işləməməsi və mütəmadi olaraq nəzarət edilməməsi bir çox vətəndaşın problemlərinin həll olunmasına mane olur.

ABC.AZ xəbər verir ki, bunu hüquqşünas Hamlet Babayev Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (2022-ci ilin dekabr-2023-cü ilin fevral ayları üzrə) yekunlarına dair dəyirmi masada bildirib.

Onun sözlərinə görə, platformaya ümumilikdə 1 832 müraciət daxil olub:

“Bu müraciətlərdən 866-sı öz həllini tapıb, 411-i həll olunmaq üzrədir, 555 müraciət isə hələ həllini tapmayıb.

Yol örtüyü ilə bağlı olan, qanunsuz parklanma və sahibsiz itlər ilə bağlı məsələlər çətin həllini tapır”.