10:35 - 28.02.2023
28 fevral, Fineko/abc.az. Çinin "TikTok" sosial şəbəkəsindən istifadəni qadağan edən ölkələrin siyahısı genişlənir. Belə ki, təhlükəsizlik səbəbi ilə Kanada hökuməti martın 1-dən dövlət işçilərinə verilən rəsmi mobil cihazlarda sözügedən platformadan istifadəni qadağan edib.
ABC.AZ xəbər verir ki, bu barədə "The National Post" qəzeti yazıb.
Məlumata əsasən, Kanada bunu fevralın 28-də rəsmən elan edəcək. Qəzet qeyd edib ki, Çin sosial şəbəkəsinin dövlət qulluqçularının rəsmi mobil cihazlarında tətbiqləri silinməlidir.
Kanada hökumətinin kibertəhlükəsizlik üzrə ekspertlərinin fikrincə, "TikTok"un məlumat toplama üsulları istifadəçiləri kiberhücumlara qarşı təhlükə altına sala bilər.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026