15:37 - 27.02.2023
27 fevral, Fineko/abc.az. Türkiyədə frevralın 6-da baş vermiş dağıdıcı zəlzələ səbəbindən bu ölkəyə istirahət üçün gedən Azərbaycan vətəndaşlarıın planlarında dəyişiklik edilə bilər. Belə ki, yay ayları üçün öncədən Türkiyəyə səfərlə bağlı rezervasiya edən azərbaycanlı səyahətçilər hazırda ödənişlərini tamamlamaq üçün bir müddətin keçməsini gözləyirlər.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu turizm şirkətlərinin birinin rəhbəri Əziz Şiriyev bildirib.
Onun sözlərinə görə, Türkiyəyə səfər etmək istəyənlər tərəddüd içərisində olduqları üçün turpaketin tam ödənişini öncədən etmək istəmirlər: "Məlumdur ki, öncədən edilən rezervasiyalar zamanı ödənişin bir qismi də ödənilə bilər, qalan hissəsi isə səfər başlananadək bağlanılır, tam şəkildədə, birdəfəyədək də ödəlilə bilər. Bu turizm şirkəti ilə müştəri arasında razılaşmadan asılıdır”.
Ə.Şiriyevin məlumatına görə, baş verən zəlzələ istər Azərbaycandan, istərsə də dünyanın digər ölkələrindən Türkiyəyə olan səfərlərin azalmasına səbəb olub: "Azərbaycanda turpaketlərdən imtina kimi bir məsələ hazırda aktual deyil. Türkiyəyə səfərlə bağlı rezervasiya edən müştərilərin gözləmə mövqeyinin tutması seysmoloqların daha bir zəlzələnin olacağı ilə bağlı verdikləri proqnozlarla bağlıdır".