17:03 - 23.02.2023
23 fevral, Fineko/abc.az. 2022-ci ildə Azərbaycan kartof ixracını 15,2%, idxalını 13% azaldıb.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, 2022-ci ildə Azərbaycan $35 milyon 121,66 min dəyərində (azalma 13,9%) 78,301 min ton kartof (azalma 15,2%) ixrac edib.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Ötən il bu ölkəyə $33 milyon 446,65 min dəyərində (azalma 13%) 73,677 min ton kartof (azalma 13,7%) ixrac edilib. Hesabat ilində Azərbaycandan kartof ixracının 94%-i RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycana $41,788 milyon dəyərində (azalma 6,6%) 159,725 min ton kartof (azalma 12,7%) idxal edilib.
27 İyul 2026
28 İyul 2026