12:32 - 23.02.2023
23 fevral, Fineko/abc.az. Meta bütün dünyada minlərlə işçiyə təsir edə biləcək yenidən strukturlaşma prosesindən keçir.
ABC.AZ Bloomberg-ə istinadla xəbər verir ki, Meta-nın rəhbər vəzifələrdə olan bəzi rəhbərləri birbaşa aşağı səviyyəli vəzifələrə keçirməyi planlaşdırdığını və təşkilat planını dəyişdirəcəyini bildirdi. Dəyişiklikdən sonra sözügedən işçilərin işdən çıxmasının gözlənildiyi iddia edilib.
Xatırladaq ki, Mark Zukerberq keçən noyabr ayında 11 mindən çox işçini ixtisar edəcəyini açıqlamışdı ki, bu da işçilərin ümumi sayının təxminən 13 faizini təşkil edir.
Bloomberg-ə danışan mənbələr bildiriblər ki, təşkilati struktur dəyişikliyi ilə yanaşı, şirkət bəzi layihə və işlərdə ixtisar etməyi də nəzərdən keçirir. Meta üçün şirkət daxilində və bütün dünyada çalışanlara təsir edəcək bu qərarın aylar ərzində reallaşacağı bildirildi.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026