16:03 - 22.02.2023
22 fevral, Fineko/abc.az. Ötən il Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 628 min ton ət istehsal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə istehsalı artan təkcə ət olmayıb, həmçinin 2 mln. 264,6 min ton süd, 2 mlrd. 18,1 mln. ədəd yumurta istehsal olunub.
Bu, onu göstərir ki, 2021-ci illə müqayisədə ət istehsalı 3%, süd istehsalı 1,9%, yumurta istehsalı isə 9.8% artıb.
30 İyul 2026
29 İyul 2026