16:34 - 21.02.2023
21 fevral, Fineko/abc.az. 2022-ci ildə Azərbaycana 15 mln. 909 min dollar dəyərində 194 min 573 baş diri qoyun və keçi idxal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2021-ci illə müqayisədə həcm baxımından 64.6% və ya 76 min 428 baş, məbləğ baxımından isə 43.65% və ya 4 mln. 833 min dollar çoxdur.
2021-ci ildə ölkəyə 11 mln. 076 min dollar dəyərində 118 min 145 baş diri qoyun və keçi gətirilib.
Qeyd edək ki, ölkəyə gətirilən qoyun və keçinin idxal qiyməti 2021-ci ildə 93.8 dollar təşkil edib. 2022-ci ildə isə 13% ucuzlaşaraq 81.8 dollara enib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026