"Facebook"da mavi işarə bundan sonra ödənişli olacaq

11:05 - 21.02.2023


21 fevral, Fineko/abc.az. "Facebook"da mavi işarə bundan sonra ödənişli olacaq.

ABC.AZ xəbər verir ki, mavi işarə veb istifadəçiləri üçün aylıq 11,99 ABŞ dollarına, "iOS" istifadəçiləri üçün isə 14,99 dollar məbləğində olacaq.

Yaxın vaxtlarda Avstraliya və Yeni Zelandiyada istifadə olunacaq mavi işarənin gələcəkdə digər ölkələrə də yayılacağı açıqlanıb.

"Facebook"un bəzi istifadəçilərinə göndərdiyi mesajda aşağıdakı ifadələr yer alır:

“Sabahınız xeyir, yeni məhsul elanı: Bu həftə biz "Meta Verified" mavi işarəni istifadəyə veririk ki, bu da sizə şəxsiyyət vəsiqəsi ilə hesabınızı yoxlamağa, mavi işarəni əldə etməyə, sizi təqlid edən saxta hesablardan əlavə qorunma əldə etməyə və birbaşa müştəri dəstəyinə daxil olmağa imkan verir”.