Dubayda Azərbaycan BƏƏ əlaqələri müzakirə edilib

16:43 - 15.02.2023


15 fevral, Fineko/abc.az. Baş nazir Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşüb.

Baş naziri Əli Əsədov fevralın 15-də Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşüb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Prezident İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma çatdırdı.

Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş etdi.

Birgə həyata keçirilən və hər iki ölkənin maraqlarına cavab verən layihələrin önəmi qeyd olundu.

Həmçinin Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edildi.