15:18 - 15.02.2023
15 fevral, Fineko/abc.az. 2022-ci il ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 95.466 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində-2.848) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 91.307 (95,6%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə məruzədə qeyd edilib.
Hüquqi ekspertiza nəticəsində normativ hüquqi aktların tələblərinə zidd olan 3.699 aktın "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilmiş, digər aktlar (460) isə baxılmaqdadır. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1.947 akt ləğv edilmiş, 1.399 akt dəyişdirilmiş, 315 təklif isə baxılmaqdadır. Bələdiyyələr tərəfindən təmin olunmayan 38 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026