Bakıda bu bina sökülür - FOTO

16:38 - 13.02.2023


13 fevral, Fineko/abc.az. Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşən və xeyli vaxtdır tikintisi dayandırılan binanın söküntüsünə başlanılıb.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki,  söküntü işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən aparılır.

Bildirilib ki, binanın tikintisi 2 il əvvəl dayandırılıb. Belə ki, tikinti zamanı binanın layihədə nəzərdə tutulmayan formada inşa edilməsi müəyyən edilib və məhkəmə qərarı ilə tikinti işləri dayandırılıb.