21:37 - 14.06.2018
14 iyun,Fineko/abc.az. Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır. I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatır.
Lakin elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən təsdiq edə bilən abituriyentlər 20 iyun saat 10:00-dək ərizələrinitəsdiq edə bilərlər.
Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.
27 İyul 2026