12:00 - 8.02.2023
8 fevral, Fineko/abc.az. “Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbəri dəyişib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, yeni təyin edilən şəxs Murat Çağlayandır.
Buna qədər vəzifədə Niyazı Palaslıoğlu idi.
Qeyd edək ki, “Arkoz Qazax Sement Zavodu” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 155 334 515 manat təşkil edir. “Arkoz Qazax Sement Zavodu” MMC-nin hüquqi ünvanı Qazax rayonu Daş Salahlı kəndidir.