15:47 - 16.01.2023
16 yanvar, Fineko/abc.az. 2022-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar əvvəlki illə müqayisədə 19,2% artıb.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"Əmək bazarında leqallaşma və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində 2022-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar əvvəlki illə müqayisədə 19,2% artaraq 4 mlrd. 586,3 mln. manata çatıb.
Bu müddətdə işsizlikdən sığorta üzrə daxilolmalar isə 19% artaraq 160,2 mln. manat olub".
4 Avqust 2026
4 Avqust 2026